89
Məzmur 89
* 1Pad. 4:31 Ezrahlı Etanın maskili.
Ya Rəbb, daim məhəbbətindən nəğmə oxuyacağam,
Sənin sədaqətini dilim hər nəslə deyəcək.
Deyirəm ki, məhəbbətin əbədiyaşardır,
Sədaqətin göylər qədər sarsılmazdır.
Dedin: «Öz seçdiyimlə əhd kəsmişəm,
Qulum Davud üçün belə and içmişəm:
* 2Şam. 7:12-16; 1Saln. 17:11-14; Zəb. 132:11; Həv. 2:30 “Mən nəslini əbədi sarsılmaz edəcəyəm,
Sülaləni taxtında sonsuzadək yaşadacağam”».
Sela
 
Ya Rəbb, göylər Sənin xariqələrinə şükür etsin,
Müqəddəslər camaatı arasında sədaqətinə həmd edilsin.
Göydə Rəbbin tayı-bərabəri varmı?
İlahi varlıqlar arasında Rəbbin bənzəri varmı?
Müqəddəslər məclisində Allah çox zəhmlidir,
Ətrafında olanların hamısından O heybətlidir.
Ya Rəbb, Ordular Allahı, Sənin tək qüdrətli varmı?
Səni sədaqətin bürüyüb.
Sən qabaran dənizə hökm edirsən,
Aşıb-daşan dalğaları yatırırsan.
10 Sən Rahavı* Rahav – burada dəniz əjdahası mənasında işlənir. əzib leşini çıxartdın,
Qüvvətli qolunla düşmənləri dağıtdın.
11 Göylər Sənin, yer üzü Sənin,
Qurduğun yer üzündə hər şeyin təməlini qoymusan.
12 Sən şimalı, cənubu yaratmısan,
Tavor və Xermon adına mədh oxuyur.
13 Qolun nə qədər qüvvətlidir,
Sağ əlin ucadır, əllərin qüdrətlidir!
14 Salehlik və ədalət taxtının təməlidir,
Məhəbbət və sədaqət önündə gedir!
15 Bayram şənliyində olan xalq nə bəxtiyardır!
Ya Rəbb, onlar Sənin üzünün nurunda gəzər.
16 İsminə görə daim sevinirlər,
Salehliyinə görə şərəfə çatırlar.
17 Onların ehtişamı, qüvvəti Sənsən.
Sənin lütfündən gücümüz artır.
18 Çünki sipərimiz Rəbdəndir,
Padşahımız İsrailin Müqəddəsidir.
 
19 Keçmişdə bir görüntü ilə
Möminlərinə belə söylədin:
«Bir cəngavərə kömək etdim,
Xalqın içindən onu seçib yüksəltdim.
20  * 1Şam. 13:14; Həv. 13:22 * 1Şam. 16:12 Qulum Davudu tapdım,
Müqəddəs yağımla onu məsh etdim.
21 Əlim daim onu möhkəmləndirəcək,
Qolum ona qüvvət verəcək!
22 Düşmən ona qalib gələ bilməz,
Fitnəkarlar ona zülm edə bilməz.
23 Qarşısındakı düşmənləri qıracağam,
Ona nifrət edənləri vuracağam.
24 Yanında sədaqətim, məhəbbətim olacaq,
Gücü ismimlə artacaq.
25 Dənizlərə əlini,
Çaylara sağ əlini çatdıracağam.
26 Məni çağırıb deyəcək: “Atamsan, Allahımsan,
Məni xilas edən Qaya Sənsən!”
27  * Vəhy 1:4-6 Mən də ilk oğul haqqını ona verəcəyəm,
Onu yer üzünün ən uca padşahı edəcəyəm.
28 Ona daim məhəbbətimi göstərəcəyəm,
Sadiq qalıb əhdimi pozmayacağam.
29 Onun nəslini əbədi yaşadacağam,
Göylər durduqca taxtını saxlayacağam.
 
30 Övladları qanunumu atsalar,
Hökmlərimə görə yaşamasalar,
31 Qaydalarımı pozsalar,
Əmrlərimə əməl etməsələr,
32 Bu qanunsuzluqlarını kötəklə cəzalandıracağam,
Təqsirlərini qamçı ilə tənbeh edəcəyəm.
33 Amma yenə də məhəbbətimi atmaram,
Sədaqətimi yalan olmağa qoymaram.
34 Öz əhdimi pozmaram,
Dilimdən çıxan sözləri dəyişmərəm.
35 Müqəddəsliyim naminə bir dəfə and içmişəm:
Davuda yalandan söz verməyəcəyəm.
36 Sülaləsi taxtda əbədi qalacaq,
Taxtı hüzurumda günəş kimi duracaq.
37 Ay kimi –
Göydəki etibarlı şahid kimi sabit qalacaq».
Sela
 
38 Amma, ya Rəbb, məsh etdiyin padşaha qəzəblənmisən,
Sən onu rədd etmisən, ona arxa çevirmisən.
39 Qulunla bağladığın əhddən imtina etmisən,
Tacını toz-torpağa atıb bulaşdırmısan.
40 Bütün divarlarını yıxmısan,
Qalalarını viran etmisən.
41 Yoldan keçənlər oranı soyub-talayırlar,
Qonşuları ona tənə vururlar.
42 Onun düşmənlərinin sağ əlini yuxarı qaldırmısan,
Bütün yağılarını sevindirmisən.
43 Qılıncının ağzını kütləşdirmisən,
Onu döyüşdə qaldırmamısan.
44 Onu şərəfdən salmısan,
Taxtını yerlə yeksan etmisən.
45 Nə tez onu gəncliyindən saldın,
Onu xəcalətə bürüdün.
Sela
 
46 Ya Rəbb, nə vaxta qədər,
Yoxsa əbədilikmi bizdən gizlənəcəksən,
Od tutub qəzəbdən yanacaqsan?
47 Ömrümün nə tez keçdiyini xatırla,
Bütün bəşər övladlarını nə fani yaratmısan!
48 İnsanlar arasında ölüm görməyən kimdir?
Kim canını ölülər diyarının pəncəsindən qurtarar?
Sela
49 Ey Xudavənd, əvvəlki məhəbbətin harada qaldı?
Çünki bu barədə Davuda sədaqətlə and içdin.
50 Ey Xudavənd, unutma, gör bu bəndən necədir,
Köksümdə nə qədər xalqın tənəsini gəzdirirəm.
51 Ya Rəbb, düşmənlərinin etdiyi təhqirləri,
Məsh etdiyinin yoluna vurduqları tənələri daşıyıram.
 
52 Rəbbə əbədilik alqış olsun!
Amin, Amin.

*^ 1Pad. 4:31

*89:4 2Şam. 7:12-16; 1Saln. 17:11-14; Zəb. 132:11; Həv. 2:30

*89:10 Rahav – burada dəniz əjdahası mənasında işlənir.

*89:20 1Şam. 13:14; Həv. 13:22

*89:20 1Şam. 16:12

*89:27 Vəhy 1:4-6