12
Şənbə günü haqqında təlim
(Mark 2:23-28; Luka 6:1-5)
* Qanun. 23:25O vaxtlar İsa bir Şənbə günü taxıl zəmiləri arasından keçirdi. Şagirdləri ac idi və sünbülləri qırıb yeməyə başladılar. Fariseylər bunu görüb Ona dedilər: «Budur, şagirdlərin Şənbə günü qadağan olunan işləri görürlər». * Lev. 24:9; 1Şam. 21:1-6İsa onlara dedi: «Davud və yanındakılar ac olanda nə etdiklərini oxumamısınızmı? O, Allahın evinə girdi; ona və yanındakılara deyil, yalnız kahinlərə yeməyə icazə verilən təqdis çörəklərini yedilər. Eləcə də Qanunda oxumamısınız ki, kahinlər məbəddə Şənbəni pozurlar, lakin təqsirsiz sayılırlar? Amma sizə deyirəm ki, məbəddən daha üstün Olan buradadır. * Huşə 6:6; Mat. 9:13Əgər siz “Mən qurban deyil, mərhəmət istəyirəm” sözünün mənasını bilsəydiniz, təqsirsizləri məhkum etməzdiniz. Ona görə ki Bəşər Oğlu Şənbə gününün Sahibidir».
Əli qurumuş adamın şəfası
(Mark 3:1-6; Luka 6:6-11)
İsa oradan ayrılıb onların sinaqoquna girdi. 10 Budur, orada əli qurumuş bir adam var idi. Bəzi adamlar İsanı ittiham etmək məqsədi ilə «Şənbə günü şəfa verməyə icazə varmı?» deyə soruşdular. 11  * Luka 14:5İsa onlara belə cavab verdi: «Hansınızın bir qoyunu olarsa və qoyun Şənbə günü çuxura düşərsə, onu tutub çıxartmaz? 12 İnsan qoyundan nə qədər dəyərlidir! Beləliklə, Şənbə günü xeyirxah iş görməyə icazə var». 13 Sonra İsa adama dedi: «Əlini uzat!» O, əlini uzatdı və əli əvvəlki halına qayıdıb o biri əli kimi sağlam oldu. 14 Fariseylər çıxıb İsanı necə məhv etmək barədə məsləhətləşdilər.
Allahın seçdiyi Qul
15 İsa bunu bilib oradan uzaqlaşdı. Böyük bir izdiham Onun ardınca getdi və İsa onların hamısına şəfa verdi. 16 Amma onlara qadağan etdi ki, Onun kim olduğunu deməsinlər. 17  * Yeş. 42:1-4Bu, Yeşaya peyğəmbər vasitəsilə söylənən həmin söz yerinə yetsin deyə baş verdi:
18 «Budur, Mənim seçdiyim Qulum!
Mənə sevimlidir, könlüm Ondan razıdır.
Mən Öz Ruhumu Onun üzərinə qoyacağam.
O, millətlərə ədalət elan edəcək.
19 O nə mübahisə, nə də fəryad edəcək.
Küçələrdə heç kim Onun səsini eşitməyəcək.
20 Ədaləti zəfərə çatdırana qədər
Əzilmiş qamışı qırmayacaq,
Tüstülənən piltəni söndürməyəcək.
21 Millətlər Onun adına ümid bağlayacaq».
İsa və Baal-Zevul
(Mark 3:20-30; Luka 6:43-45; 11:14-23)
22 Ondan sonra İsanın yanına cinə tutulmuş kor və lal bir adamı gətirdilər. İsa ona şəfa verdi. Beləcə o danışmağa və görməyə başladı. 23 Bütün xalq «Bu, Davudun Oğlu deyilmi?» deyə mat qaldı. 24  * Mat. 9:34; 10:25Lakin fariseylər bunu eşitdikdə dedilər: «Bu Adam ancaq cinlərin başçısı Baal-Zevulun gücü ilə cinləri qovur».
25 Fariseylərin nə düşündüklərini bilən İsa onlara dedi: «Öz daxilindən bölünmüş hər padşahlıq viran qalar və öz daxilindən bölünmüş hər şəhər yaxud ev davam gətirməz. 26 Əgər Şeytan Şeytanı qovarsa, özü daxilindən bölünmüş olur. Bu vəziyyətdə onun padşahlığı necə davam gətirər? 27 Əgər Mən cinləri Baal-Zevulun gücü ilə qovuramsa, bəs sizin adamlarınız kimin gücü ilə qovur? Buna görə də onlar sizin hakimləriniz olacaq. 28 Lakin Mən cinləri Allahın Ruhu ilə qovuramsa, deməli, Allahın Padşahlığı üzərinizə gəlib. 29 Bir kimsə güclü adamın evinə girib əvvəlcə onun əl-qolunu bağlamadan onun malını necə qarət edə bilər? Gərək o adamın əvvəlcə əl-qolunu bağlasın, sonra evini qarət etsin. 30  * Mark 9:40Mənimlə olmayan Mənə qarşıdır və Mənimlə yığmayan dağıdır.
31  * Luka 12:10Buna görə sizə deyirəm: hər bir günah və hər bir küfr insanlara bağışlanacaq; amma Ruha qarşı küfr bağışlanmayacaq. 32 Kim Bəşər Oğluna qarşı söz söyləyərsə, bağışlanacaq; amma kim Müqəddəs Ruha qarşı söyləyərsə, nə bu dövrdə bağışlanacaq, nə də gələcək dövrdə.
33  * Mat. 7:20Ya ağaca yaxşı, bəhrəsinə də yaxşı deyin yaxud ağaca pis, bəhrəsinə də pis deyin; çünki ağac bəhrəsindən tanınır. 34  * Mat. 3:7; 15:18; 23:33; Luka 3:7Ey gürzələr nəsli, siz pis olduğunuz halda necə yaxşı şeylər söyləyə bilərsiniz? Çünki ürək doluluğundan ağız danışar. 35 Yaxşı adam yaxşılıq xəzinəsindən yaxşı şeylər çıxarır, pis adam isə pislik xəzinəsindən pis şeylər çıxarır. 36 Mən sizə deyirəm: insanlar söylədikləri hər boş söz üçün qiyamət günü* Qiyamət günü – hərfi tərcümədə mühakimə günü. hesab verəcəklər. 37 Çünki öz sözlərinə görə haqq qazanacaqsan və öz sözlərinə görə məhkum olunacaqsan».
Yunus peyğəmbərin əlaməti
(Mat. 16:1-4; Mark 8:11-12; Luka 11:24-26,29-32)
38  * Luka 11:16O zaman bəzi ilahiyyatçılar və fariseylər İsaya dedilər: «Müəllim, Səndən bir əlamət görmək istəyirik». 39 İsa onlara belə cavab verdi: «Pis və vəfasız nəsil bir əlamət axtarır. Amma ona Yunus peyğəmbərin əlamətindən başqa heç bir əlamət verilməyəcək. 40  * Yun. 1:17Çünki Yunus üç gün-üç gecə nəhəng balığın qarnında necə qalmışdısa, Bəşər Oğlu da üç gün-üç gecə yerin bağrında elə qalacaq. 41  * Yun. 3:5Nineva xalqı qiyamət günündə Qiyamət günündə – hərfi tərcümədə mühakimədə. bu nəsillə birgə qalxıb onu məhkum edəcək. Çünki onlar Yunusun vəzinə görə tövbə etmişdilər. Budur, Yunusdan daha böyük Olan buradadır. 42  * 1Pad. 10:1-13; 2Saln. 9:1-12Cənub mələkəsi Cənub mələkəsi – yəni Süleymanın yanına gələn Səba mələkəsi. qiyamət günündə§ Qiyamət günündə – hərfi tərcümədə mühakimədə. bu nəsillə birgə qalxıb onu məhkum edəcək. Çünki mələkə Süleymanın hikmətli sözlərini dinləmək üçün yer üzünün ucqarlarından gəlmişdi. Budur, Süleymandan daha böyük Olan buradadır.
43 Natəmiz ruh adamdan çıxdıqdan sonra quraq yerlərdə dolaşar, rahatlıq axtarar, lakin tapmaz. 44 O zaman deyər: “Çıxdığım evə dönüm”. Evə qayıdanda onu boş, süpürülmüş və səliqə-sahman içində görər. 45 Bu vaxt o gedib özündən daha betər yeddi başqa ruhu özü ilə götürər. Onlar da oraya girib məskunlaşar. Onda bu adamın axırı əvvəlkindən daha pis olar. Bu pis nəslin də başına belə iş gələcək».
İsanın anası və qardaşları kimdir?
(Mark 3:31-35; Luka 8:19-21)
46 İsa camaatla söhbət edəndə anası və qardaşları bayırda durub Onunla danışmaq istəyirdilər. 47 Bir nəfər İsaya dedi: «Budur, anan və qardaşların bayırda dayanıb Səninlə danışmaq istəyirlər». 48 Amma İsa bu sözü söyləyənə cavab verib dedi: «Mənim anam və qardaşlarım kimlərdir?» 49 Əlini şagirdlərinə doğru uzadaraq dedi: «Mənim anam və qardaşlarım bunlardır. 50 Çünki kim göylərdə olan Atamın iradəsini yerinə yetirirsə, Mənim qardaşım, bacım və anam odur».

*12:1 Qanun. 23:25

*12:3 Lev. 24:9; 1Şam. 21:1-6

*12:7 Huşə 6:6; Mat. 9:13

*12:11 Luka 14:5

*12:17 Yeş. 42:1-4

*12:24 Mat. 9:34; 10:25

*12:30 Mark 9:40

*12:31 Luka 12:10

*12:33 Mat. 7:20

*12:34 Mat. 3:7; 15:18; 23:33; Luka 3:7

*12:36 Qiyamət günü – hərfi tərcümədə mühakimə günü.

*12:38 Luka 11:16

*12:40 Yun. 1:17

*12:41 Yun. 3:5

12:41 Qiyamət günündə – hərfi tərcümədə mühakimədə.

*12:42 1Pad. 10:1-13; 2Saln. 9:1-12

12:42 Cənub mələkəsi – yəni Süleymanın yanına gələn Səba mələkəsi.

§12:42 Qiyamət günündə – hərfi tərcümədə mühakimədə.