3
Rəbb millətləri mühakimə edir
O günlərdə Yəhuda və Yerusəlimin
Sərvətlərini geri qaytardığım zaman
Bütün millətləri yığıb
Yehoşafat * Yehoşafat – ibrani dilində Rəbb mühakimə edir. vadisinə endirəcəyəm.
İrsim və xalqım İsraildən ötrü
Orada millətləri mühakimə edəcəyəm,
Çünki xalqımı millətlər arasında dağıtdılar,
Torpağımı da böldülər.
Xalqım üçün püşk atdılar,
Oğlan uşaqlarını fahişə əvəzinə verdilər,
İçki içsinlər deyə
Qızları şəraba satdılar».
* Yeş. 23:1-18; Yez. 26:1–28:26; Amos 1:9-10; Zək. 9:2-4; Mat. 11:20-22; Luka 10:13-14 * Yeş. 14:29-31; Yer. 47:1-7; Yez. 25:15-17; Amos 1:6-8; Sef. 2:4-7; Zək. 9:5-7 «Ey Surlular, Sidonlular və bütün Filişt vilayətlərinin əhalisi, siz kimsiniz ki, Məndən qisas alasınız. Əgər siz Məndən qisas alsanız, çox tezliklə Mən sizin etdiyinizin əvəzini öz başınıza döndərəcəyəm. Siz qızılımı və gümüşümü aldınız və qiymətli şeylərimi məbədlərinizə apardınız, Yəhuda və Yerusəlim xalqını öz vətənlərindən uzaqlaşdırmaq üçün Yunan xalqına satdınız. Amma Mən onları satdığınız yerdən götürəcəyəm, etdiyinizin əvəzini öz başınıza döndərəcəyəm. Oğul-qızlarınızı Yəhuda xalqına satacağam və Yəhuda xalqı isə onları ucqar bir millətə – Səbalılara satacaq». Rəbb belə söylədi.
«Millətlər arasında bunu elan edin:
Döyüşə hazırlaşın,
İgidləri qızışdırın,
Bütün döyüşçülər yaxınlaşıb yuxarı çıxsın.
10  * Yeş. 2:4; Mik. 4:3 Kotanlarınızdan qılınc,
Dəryazlarınızdan nizə düzəldin.
Qoy zəif olan “güclüyəm” desin.
11 Tələsin, ey hər tərəfdəki millətlər,
Gəlin və toplaşın.
Ya Rəbb, igidlərini oraya endir.
12 Millətlər hərəkətə gələrək
Yehoşafat vadisinə çıxsın,
Çünki hər tərəfdəki bütün millətləri
Mühakimə etmək üçün orada oturacağam.
13  * Vəhy 14:15 * Vəhy 14:19-20; 19:15 Oraq çalın,
Çünki məhsul yetişib.
Gəlin ayağınızla əzin,
Çünki üzümsıxanlar doludur,
Təknələr daşır.
Çünki onların pisliyi böyükdür».
 
14 Kütlələr, mühakimə vadisində olan kütlələr,
Çünki mühakimə vadisində Rəbbin günü yaxındır!
15 Günəş və ay qaralır,
Ulduzlar işıqlarını gizlədir.
 
16  * Yer. 25:30; Amos 1:2 Rəbb Siondan nərə çəkəcək,
Yerusəlimdən guruldayacaq,
Göy və yer sarsılacaq.
Lakin Rəbb Öz xalqı üçün sığınacaq yer,
İsrail övladları üçün qala olacaq.
Allahın Öz xalqına xeyir-duası
17 «O zaman biləcəksiniz ki,
Müqəddəs dağım Sionda məskən salan
Allahınız Rəbb Mənəm!
Yerusəlim müqəddəs olacaq,
Artıq yadellilər oradan keçməyəcək.
 
18 O gün belə olacaq:
Dağlardan şirin şərab damacaq,
Təpələrdən süd axacaq,
Yəhudanın bütün dərələrində sular axacaq.
Rəbbin evindən bir qaynaq çıxacaq,
Əbrişimlər Əbrişimlər – ibrani mətnində Şittim. vadisini sulayacaq.
19 Yəhuda xalqına qəddarlıq etdiyinə,
Torpaqlarında günahsız qan tökdüyünə görə
Misir viran qalacaq,
Edom izsiz bir səhra olacaq.
20 Lakin Yəhuda əbədi qalacaq,
Yerusəlim nəsildən-nəslə keçəcək.
21 Onların tökdüyü qanları
İndiyə qədər bağışlamamışam,
Lakin bundan sonra bağışlayacağam.
Rəbb Sionda məskən salır».

*3:2 Yehoşafat – ibrani dilində Rəbb mühakimə edir.

*3:4 Yeş. 23:1-18; Yez. 26:128:26; Amos 1:9-10; Zək. 9:2-4; Mat. 11:20-22; Luka 10:13-14

*3:4 Yeş. 14:29-31; Yer. 47:1-7; Yez. 25:15-17; Amos 1:6-8; Sef. 2:4-7; Zək. 9:5-7

*3:10 Yeş. 2:4; Mik. 4:3

*3:13 Vəhy 14:15

*3:13 Vəhy 14:19-20; 19:15

*3:16 Yer. 25:30; Amos 1:2

3:18 Əbrişimlər – ibrani mətnində Şittim.