52
Yerusəlimin sevinci
* Vəhy 21:2,27 Qalx, qalx, ey Sion, qüdrətinə qurşan!
Ey müqəddəs şəhər, ey Yerusəlim,
Gözəl paltarlarını geyin!
Çünki sünnətsizlər, murdarlar
Sənin darvazalarından əsla keçməyəcək.
Üst-başındakı tozu çırp,
Qalx, ey Yerusəlim, taxtına otur,
Zənciri boynundan qır,
Ey əsir aparılan Sion qızı!
 
Rəbb belə deyir:
«Siz müftə satılmışdınız,
Müftə də satın alınacaqsınız».
Xudavənd Rəbb belə deyir:
«Xalqım qürbətdə yaşamaq üçün
Əvvəllər Misirə enmişdi.
Sonra Aşşurlular onlara boş yerə zülm etdi.
* Rom. 2:24 Xalqım nahaq yerə götürülüb aparıldı,
İndi bundan Mənə nə qaldı?» Rəbb bəyan edir.
Bu, Rəbbin sözüdür:
«Onların başçıları ah-zar edir,
Həmişə, gün boyu adım küfrlə çəkilir.
Buna görə xalqım
Mənim adımı tanıyacaq,
O gün “budur, Mənəm” deyənin Mən olduğunu başa düşəcək».
 
* Nah. 1:15; Rom. 10:15; Ef. 6:15 Sülh xəbəri gətirən,
Dağları aşıb-gələn
Müjdəçinin qədəmləri necə də gözəldir!
O, xoş müjdə gətirir,
Qurtuluş xəbəri verir,
Sion xalqına
«Allahınız hökm sürür!» bəyan edir.
Qulaq asın! Gözətçilər səslərini ucaldır,
Birlikdə mədh oxuyur,
Çünki Rəbbin Siona qayıdışını
Öz gözləri ilə görür.
Ey Yerusəlim xarabalıqları,
Şənlik edin, birlikdə mədh oxuyun,
Çünki Rəbb xalqına təsəlli verdi,
Yerusəlimi satın aldı.
10 Rəbb bütün millətlərin gözləri önündə
Müqəddəs qolunu çırmaladı,
Yer üzünün qurtaracağınadək hər yer
Allahımızın gətirdiyi xilası görəcək.
 
11  * 2Kor. 6:17 Çəkilin, çəkilin, oradan çıxın,
Murdar şeylərə toxunmayın,
Oradan çıxıb təmizlənin,
Ey Rəbbin əşyalarını daşıyanlar!
12 Axı siz tələsmədən çıxacaqsınız,
Qaça-qaça getməyəcəksiniz,
Çünki Rəbb qarşınızda gedəcək,
İsrailin Allahı arxanızda olacaq.
Rəbbin qulunun iztirab çəkməsi və qələbəsi
13 Budur, Mənim qulum uğur qazanacaq,
O yüksəldiləcək, ucaldılacaq, çox izzətlənəcək.
14 Çoxları onun qarşısında mat qalacaq.
Bəli, onun görkəmi çox dəyişmişdi,
Zahirən insan surətindən çıxmışdı.
15  * Rom. 5:21 Lakin o, çox millətləri heyrətə salacaq,
Onun qarşısında padşahlar ağzını yumacaq,
Çünki onlar bilmədiklərini görəcək,
Eşitmədiklərini anlayacaq.
 

*52:1 Vəhy 21:2,27

*52:5 Rom. 2:24

*52:7 Nah. 1:15; Rom. 10:15; Ef. 6:15

*52:11 2Kor. 6:17

*52:15 Rom. 5:21